Rusiya aviaşirkəti Gürcüstana uçuşlar həyata keçirəcək

Rusiya aviaşirkəti Gürcüstana uçuşlar həyata keçirəcək

Rusiyanın "Red Wings" aviaşirkəti Kazandan Tbilisi və Kutaisiyə uçuşlara başlayır. SİA xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.

Kazan-Tbilisi reysləri noyabrın 13-dən həftədə iki dəfə - çərşənbə və cümə günləri yerinə yetiriləcək. Dekabrın 3-dən etibarən çərşənbə axşamı və bazar günləri Kazandan Kutaisiyə də təyyarələr uçacaq.

Əvvəllər "Red Wings" Moskvadan Batumiyə (noyabrın 3-dən), eləcə də Çelyabinskdən Tbilisiyə (noyabrın 15-dən) birbaşa uçuşların başlandığını elan etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə