Bu il Kubanda yeni taxıl yığımı əvvəlkindən 10-12 faiz baha olacaq. Səbəb yanacağın bahalaşmasıdır.
SİA-nın əldə etdiyi məlumata görə, Krasnodar diyarında payızın əvvəlində yanacağın qiymətləri ilə bağlı vəziyyətlə əlaqədar taxılın qiymətinin 10-12 fazi artacağı barədə xəbərdarlıq ediblər.
...Avqust-noyabr aylarında biz ildə bütün dizelin təqribən 60-70 faizini sərf edirik. Müvafiq olaraq, məhsulun dəyəri apriori daha yüksək olacaq.
...Avqustun 1-də fermerlərimiz dizel yanacağının tonunu 56 rubla alırdılarsa, sentyabrın 10-dan artıq ton üçün 95 rubl ödəməli olublar. Təbii ki, bu, gələcəkdə maya dəyərinə təsir edəcək böyük artımdır. Bu, taxılın maya dəyərinin təxminən 10-12 faiz artması deməkdir.
Qeyd edək ki, bunları vilayətin vitse-qubernatoru Andrey Korobka deyib.
Deyilənlərə görə, artıq dizelin qiyməti normallaşıb.
Bunu isə Krasnodar qubernatorunun birinci müavini bəyan edib.
Qeyd edək ki, ötən il Kuban fermerləri rekord buğda məhsulu yığmışdılar - 10,7 milyon ton, regionda dənli və paxlalı bitkilərin ümumi yığımı 15 milyon tonu ötüb ki, bu da rekord göstərici kimi dəyərləndirilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB