Bu arada Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozarkən tutulub..?
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Rusiya xarici işlər naziri Sergey Lavrovun bu ittihamların “əsassız” olduğu barədə bəyanatlarına cavab olaraq, ABŞ Rusiya ilə Şimali Koreya arasında silah axınının şahidi olduqlarını bildirib.
...Deyəcəm ki, bizim qiymətləndirməmiz dəyişməyib, biz Rusiya ilə Şimali Koreya arasında silah axını gördük.
Qeyd edək ki, bunu brifinqdə bəyan edən Millerin sözlərinə görə, bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur.
Miller, ABŞ-ın Ukraynaya lazımi silah və təhlükəsizlik yardımı verməkdə davam edəcəyini də gizlətməyib.
Yeri gəlmişkən, bu arada Lavrov Şimali Koreya ilə Rusiya arasındakı silah müqavilələrinin guya “əsası olmadığını” bildirib.
Lavrovun dediyinə görə, ABŞ bu barədə sübutlarla təsdiqlənməyən yalan hesabat verib.
Xatırladaq ki, Ağ Ev oktyabrın 13-də Şimali Koreyadan son həftələrdə Rusiyaya 1000 konteynerə qədər avadanlıq və silah-sursat daşındığını bildirib.
O da qeyd edilir ki, sentyabrın 13-də Rusiya lideri Vladimir Putinlə Şimali Koreya rəhbəri Kim Çen In arasında keçirilən görüşdən sonra KXDR Rusiyaya yükdaşımaları kəskin şəkildə artırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB