Avropa İttifaqı (Aİ) rəhbərliyi İsrail-Fələstin münaqişəsinə son qoymaq üçün sülh konfransının “yaxın zamanda” keçirilə biləcəyini, lakin konfransda "HƏMAS" üçün hər hansı rol görmədiklərini bəyan edib.
SİA-nın əldə etdiyi məlumata görə, Aİ Şurasının sədri Şarl Mişel və Aİ Komissiyasının sədri Ursula fon der Leyen Belçikanın paytaxtı Brüsseldə keçirilən Aİ Liderlər Sammitinin birinci günündən sonra mətbuat konfransı keçirib.
Hər iki prezident Aİ-nin terror təşkilatı kimi qəbul etdiyi "HƏMAS"ın İsrailə hücumlarını pisləyib və İsrailin günlərdir bombalamağa davam etdiyi Qəzzaya humanitar yardımın mümkün qədər tez çatdırılmasının vacibliyini vurğulayıb.
Aİ Şurasının sədri Mişel, Aİ-nin illərdir müdafiə etdiyi iki dövlətli həll yolunun İsrail-Fələstin problemini həll etməyin yeganə yolu olduğunu bir daha dilə gətirib.
Aİ-nin belə bir həlldə güclü rol oynamaq istədiyini vurğulayan Mişel "Biz Aİ daxilində və ya başqa bir yerdə tezliklə sülh konfransının keçirilməsi ideyasını dəstəkləyirik. Düşünürük ki, belə bir konfrans bölgədə davamlı sabitliyi təmin edə bilər. Açıq-aydın demək lazımdırsa, "HƏMAS" terror təşkilatıdır. Bu səbəbdən Aİ-nin iştirak etdiyi beynəlxalq sülh konfransında "Həmas" üçün heç bir rol görə bilmirəm" deyib.
Qeyd edək ki, İsrail-Fələstin problemi ilə bağlı sülh konfransının keçirilməsi ideyası Aİ Liderlər Zirvə toplantısının yekun bəyannaməsində də yer alıb.
Üzv dövlət liderlərindən ibarət Aİ Şurası bəyannamənin Orta Şərq başlığı altında regional gərginliyin artmasına yol verilməməsi və bu çərçivədə Fələstin İdarəsi də daxil olmaqla tərəfdaşlarla əməkdaşlığın vacib olduğunu bildirib.
Bəyannamədə “Aİ Sülh "Günü Təşəbbüsü" də daxil olmaqla iki dövlət həll yolu əsasında siyasi prosesin canlandırılmasına töhfə verməyə hazırdır və diplomatik sülh və təhlükəsizlik təşəbbüslərini alqışlayır və yaxın gələcəkdə beynəlxalq sülh konfransının keçirilməsini dəstəkləyir ” deyilib.
Aİ, Ərəb Liqası, Səudiyyə Ərəbistanı, Misir və İordaniya BMT-nin 78-ci Baş Assambleyasının keçirildiyi Nyu Yorkda İsrail və Fələstinin razılığa gəldikləri zaman əldə edəcəkləri qazancları maksimuma çatdıraraq sülhü təşviq etməyi hədəfləyən “Sülh Günü Təşəbbüsü” adlı birgə təşəbbüs başladıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB