Serbiyada poçt işçiləri tətil edir

Serbiyada poçt işçiləri tətil edir

Serbiyada poçt işçiləri və kuryerlər tətil edirlər. SİA xəbər verir ki, Novi Sad şəhərində başlayan və “Sloqa” poçt işçiləri həmkarlar ittifaqının təşəbbüsü ilə ötən gündən etibarən bütün ölkəni əhatə edən tətilə minlərlə insan qoşulub.

İşçilər əməkhaqqının ən azı 30 faiz artırılmasını, əlavə əməkdaşların işə götürülməsini və oktyabrın sonuna qədər əvvəlki ilin mənfəətindən paylarının ödənilməsini tələb edirlər.

Tətil səbəbindən şöbələrdə külli miqdarda poçt və bağlama yığılıb qalıb. İnsanlardan çoxlu sayda şikayət daxil olub və yüklərin çatdırılmasında gecikmələr baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə