Aİ liderlərindən Qəzzada humanitar dəhlizlərin açılmasına çağırış
Avropa İttifaqı liderləri Brüsseldə keçirilən sammitdə "humanitar fasilələrə və Qəzzada humanitar dəhlizlərin açılmasına" çağırış ediblər.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının mətbuat xidməti tərəfindən dərc edilən Yaxın Şərqdəki münaqişəyə dair sammitin yekun bəyanatında deyilir.
Bildirilib ki, Aİ liderləri İsrail və HƏMAS arasında atəşkəs çağırışı ilə bağlı razılığa gələ bilməyib.
Qeyd olunub ki, Avropa Şurasının sammitində Qəzzada humanitar vəziyyətin pisləşməsi ilə bağlı dərin narahatlıq ifadə edilib və humanitar dəhlizlər və humanitar fasilələr də daxil olmaqla, lazımi tədbirləri görərək yardıma ehtiyacı olanların hamısına çatmasını təmin etmək üçün davamlı, sürətli, təhlükəsiz və maneəsiz humanitar çıxışa çağırış edilib.
Bir neçə Aİ ölkəsi görüşü açıq şəkildə atəşkəsə çağırış edilməsinə israr edib, lakin, bir çox diplomatik mənbələrə görə, heç bir razılıq əldə olunmadı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB