Gürcüstan Ukraynanın Xerson şəhərindən Rusiya ərazisindən daxil olmağa cəhd edən və iki həftədən çox sərhəddəki bufer zonada yaşayan yeddi keçmiş məhbusu ölkəyə buraxıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ukraynalı qaçqınlara yardım edən “Könüllülər Tbilisi” layihəsi məlumat yayıb.
Meduza xəbər verir ki, bir gün əvvəl keçmiş məhbuslardan biri etiraz əlaməti olaraq biləklərini kəsib. Ona tibbi yardım göstərilib, hazırda vəziyyəti stabildir.
Xatırladaq ki, bir müddət bundan əvvəl gürcü sərhədçiləri Ukraynadan olan bir qrup keçmiş məhbusu öz ərazilərinə buraxmaqdan imtina etmişdilər. Belə ki, Rusiya bu ölkəyə müdaxilə etdikdən sonra onlar zorla Rusiya koloniyalarına aparılıb, sonra isə azadlığa buraxılmışdılar.
Yeri gəlmişkən avqustun sonunda altı ukraynalı da bir neçə gün Rusiyanın “Verxniy Lars” keçid məntəqəsinin ərazisində yaşayıb, lakin sonda sərhədi keçməyə icazə verilmişdi.
Qeyd edək ki, rəsmi olaraq Gürcüstan sərhədçiləri Ukrayna Xarici İşlər Nazirliyindən sorğuya cavab almalı olduqlarını bəyan ediblər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB