Balta onlardan hansı halda müsadirə oluna bilər..?

Balta onlardan hansı halda müsadirə oluna bilər..?

Bu arada belaruslulardan baltaların hansı hallarda müsadirə oluna biləcəyi məlum olub.

SİA-nın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu barədə ətraflı məlumat verib.

Deməli ilk olaraq Əmək Nazirliyi baltadan istifadə zamanı təhlükəsizlik tədbirlərini xatırladıb. Və izah edib ki, baltanı balta sapına etibarlı şəkildə bağlamaq üçün polad paz lazımdır.

Şöbə xəbərdar edib ki, əgər balta bıçağının səthində dişlər varsa, baltadan istifadə etmək olmaz.

Balta çatlar, düyünlər və qırılmalar olmadan hamar balta sapına möhkəm oturtulmalı və ona polad pazla etibarlı şəkildə bərkidilməlidir.

Bunu bəyan edən Əmək Nazirliyindən bildirilib ki, əgər orada əziklər, çentiklər, buruqlar, çatlar və ya digər qüsurlar varsa, o zaman belə balta müsadirə edilməlidir.

Bundan əlavə, belaruslulara baltaların qutularda daşınıb və saxlanması da xatırladılıb.

Deyilənlərə görə, bu guya balta sahibini mexaniki xəsarətlərdən qoruyacaq.

Hə, bunu heç bilmirdik...

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə