Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini növbəti dəfə artırıb

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini növbəti dəfə artırıb

Türkiyə Mərkəzi Bankının dünənki iclasında uçot dərəcəsi 35 faizə qaldırılıb. Qeyd edək ki, sentyabr iclasında tənzimləyici onu 30 faizə qaldırmışdı.

SİA-nın əldə etdiyi məlumata görə, Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini artırmaqda davam edir.

Qeyd edilir ki, oktyabrın 26-da keçirilən iclasda onun 35 faizə qaldırılması qərara alınıb.

“Türkiyə Mərkəzi Bankının Pul Siyasəti Komitəsi oktyabrda keçirilən iclasında uçot dərəcəsini 500 bənd artıraraq 35 faizə çatdırmaq qərarına gəlib”.
Bunu Türkiyə Mərkəzi Bankı bəyan edib.

Xatırladaq ki, tənzimləyicinin sentyabrda keçirilən sonuncu iclasında uçot dərəcəsi 25 faizdən 30 faizə qaldırılmışdı. Daha sonra türk milli valyutası tarixi minimumunu yeniləyərək, bir dollar üçün 28 lirəyə kimi bahalaşıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə