Amerikalı rəsminin dediyindən belə çıxır ki...

Qəzzadakı səhiyyə orqanları “HƏMAS üçün sadəcə cəbhədir?..
Amerikalı rəsminin dediyindən belə çıxır ki...

Amerika administrasiyası hesab edir ki, Qəzza zolağındakı səhiyyə orqanları HƏMAS üçün sadəcə cəbhədir, ona görə də onların fələstinlilərin itkiləri ilə bağlı məlumatlarına etibar etmək olmaz.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Qəzzada səhiyyə orqanları “HƏMAS üçün sadəcə cəbhədir”.

Kirbinin dediyinə görə, “…onu terror təşkilatı olan HƏMAS idarə edir”.

“Siz HƏMAS-dan, o cümlədən Səhiyyə Nazirliyindən gələn heç bir məlumata etibar edə bilməzsiniz”.

Amerikalı rəsminin dediyindən belə çıxır ki, Qəzzada ölən fələstinlilərin sayının 7 mini keçməsi yalandır?

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə