Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı Dmitri Senin Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin məhkum edilmiş keçmiş polkovniki Dmitri Zaxarçenkoya rüşvət verməkdə vasitəçilik etdiyinə görə qiyabi olaraq 9 il müddətinə ciddi rejimli koloniyaya məhkum edilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hazırda Senin beynəlxalq axtarışa verilib, ona görə də hökm ona qiyabi verilib.
Məhkəmə onu xüsusilə külli miqdarda rüşvət verməkdə və vəzifə yerini icazəsiz tərk etməkdə eləcə də vasitəçilik etməkdə təqsirli bilib.
İstintaq Senini Rusiya Daxili İşlər Nazirliyinin GUEBiPK-nın “T” şöbəsinin keçmiş rəisi vəzifəsini icra edən Dmitri Zaxarçenko ilə cinayət sui-qəsdində şərik hesab edir.
Deyilənlərə görə, o, “La Maree” restoranı üçün endirim kartının köçürülməsində vasitəçi olub. Zaxarçenko bu müəssisənin sahibindən rüşvət tələb edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB