Qətər məhkəməsi ötən il həbs edilən 8 Hindistan vətəndaşına ölüm hökmü çıxarıb. Hindistan hökuməti bunu cümə axşamı elan edərək, "hökmdən dərin sarsıntı keçirdiyini" vurğuladı. SİA-nın əldə etdiyi məlumata görə, Dehli qərarı Qətər səlahiyyətliləri ilə müzakirə edəcəyini qeyd edib.
Qətər mediasına görə, səkkiz hindistanlının hamısı özəl şirkətdə işləyirmiş və 2022-ci ilin avqustunda casusluq ittihamı ilə həbs ediliblər.
Hər iki ölkənin hakimiyyət orqanları ittihamları rəsmən açıqlamayıb. “Reuters” xəbər verir ki, məhkum olunanların hamısı Hindistan donanmasının keçmiş zabitləridir.
Hindistan hökuməti cümə axşamı yaydığı bəyanatda bildirib ki, “prosesin məxfi xarakterinə” görə hazırda bu işlə bağlı əlavə şərh vermək məqsədəuyğun olmayacaq.
Xatırladaq ki. hazırda Qətərdə ümumilikdə 800 mindən çox Hindistan vətəndaşı yaşayır və işləyir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB