Yeni strategiya hazırlanmayana qədər Kiyevə pul verilməsin

Yeni strategiya hazırlanmayana qədər Kiyevə pul verilməsin

Macarıstan baş nazirinin siyasi müşaviri bildirib ki, Avropa İttifaqı ölkələri Kiyevə pul ayırmazdan əvvəl Ukraynadakı münaqişə ilə bağlı yeni strategiya hazırlamalıdırlar.

SİA-nın əldə etdiyi məlumata görə, Orbanın sözlərini RİA Novosti yayıb.

Beləliklə, Macarıstan rəhbəri bildirib ki, Rusiya məğlub olmadığı üçün Ukrayna Silahlı Qüvvələrinin döyüşməsi, xarici dövlətlərin isə onlara dəstək olması üçün nəzərdə tutulan Qərb konsepsiyası işləməyib.

Lakin bu gün hamıya bəlli oldu ki, bu strategiya işləmir, amma yeni strategiya lazımdır. Fikrimizcə, ilk növbədə yeni strategiya, sonra onun maliyyə bazasının formalaşdırılması lazımdır.

Macarıstan rəhbərinin sözlərinə görə, onun ölkəsi Aİ-nin yeni konsepsiyasının Rusiya və Ukrayna arasında münaqişənin sülh yolu ilə həlli üzərində qurulmasında təkid edir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə