Dmitri Peskov Qəzzadakı humanitar vəziyyəti qiymətləndirib

Dmitri Peskov Qəzzadakı humanitar vəziyyəti qiymətləndirib

Rusiya rəhbərliyi Qəzzaya humanitar yardımların çatdırılmasının vacib olduğunu açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov İsrail və Fələstin arasındakı münaqişələrlə bağlı paytaxt Moskvada jurnalistlərə açıqlama verib.
Dmitri Peskov Qəzzaya göndərilən yardımın bölgəyə daxil olmasına icazə verilmədiyinə diqqət çəkib.
"Cəmi 24 maşının daxil olmasına icazə verildi. Bu, çox azdır. İnsanların da oranı tərk etməsinə icazə verilmir",-deyə Dmitri Peskov vurğulayıb.
Vəziyyətin çox pis olduğunu vurğulayan Dmitri Peskov deyib: "Qəzzada humanitar fəlakət yaşanır. Humanitar yardımların oraya çatdırılması lazımdır. Quru əməliyyatı başlasa, vəziyyət daha da pisləşə bilər".
Dmitri Peskov deyib:"Hər kəsə atəşkəslə bağlı çağırış edilməlidir''.
''Həmas''ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb.
İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.
Gərginlik səbəbindən hər iki tərəf də çox sayda itki verib.

Bütün xəbərlər Facebook səhifəmizdə