Bir müddət bundan əvvəl rüşvət üstündə 10 il həbs cəzasına məhkum edilmiş Omsk polisinin keçmiş rəhbəri, polkovnik Yevgeni Bykov “günahını yumaq üçün” Ukraynaya, müharibəyə gedib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, yeni qanunvericiliklə bu, onu cinayət məsuliyyətindən azad edir.
Qeyd edək ki, sabiq sistem işçisinin müharibəyə getməsini onun vəkili Natalya Romanovskaya da təsdiqləyib.
Onu da qeyd edək ki, 2023-cü ilin iyun ayında qəbul edilmiş qanuna görə, Bykov Müdafiə Nazirliyinin imzalanmış müqaviləyə görə cəzadan azad ediləcək.
Xatırladaq ki, Yevgeni Bykov erotik masaj salonlarının sahibindən 6.45 milyon rubl rüşvət aldığı üçün 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB