Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen xarici işlər naziri Hakan Fidanın dəvəti ilə sabah Türkiyəyə rəsmi səfər edəcək. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşlər zamanı Türkiyə və Danimarka münasibətlərinin bütün aspektlərinin qiymətləndirilməsi planlaşdırılır.
Görüşlərdə həmçinin Qəzzada baş verənlər, Ukraynadakı vəziyyət, Türkiyə-Avropa İttifaqı münasibətləri, bəzi Avropa ölkələrində Qurani-Kərimə edilən hücumlar da daxil olmaqla, aktual mövzular ətrafında fikir mübadiləsinin aparılması gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB