Erməni diplomat Rusiya XİN-ə çağırılıb

Erməni diplomat Rusiya XİN-ə çağırılıb

Ermənistanın Moskvadakı müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, Ermənistanın Moskvadakı müvəqqəti işlər vəkili oktyabrın 25-də XİN-ə çağırılıb və Ermənistan mətbuatında Rusiya rəhbərliyi, diplomatları, sülhməramlıları barədə dərc edilən xoşagəlməz materiallar onun diqqətinə çatdırılıb.

M.Zaxarova vurğulyıb ki, Ermənistanda hakimiyyətin nəzarəti altında olan KİV-in, teleqram kanallarının da qoşulduğu antirusiya kampaniyasının yolverilməzliyinə diqqət çəkilib.

Rusiya tərəfinin Ermənistanın bu ölkədəki səfiri kimi deputat Qurgen Arsenyanın namizdliyini təsdiq etməməsi barədə suala cavabında M.Zaxarava deyib ki, hər hansı namizədə aqreman verilməsi diplomatik prosesdir və geniş müzakirəyə çıxarılmır.

Bütün xəbərlər Facebook səhifəmizdə