Rusiya DİN-i Kanadadan olan 98 yaşlı "SS" veteranını axtarışa verib

Rusiya DİN-i Kanadadan olan 98 yaşlı "SS" veteranını axtarışa verib

Rusiya Daxili İşlər Nazirliyi 98 yaşlı "SS" veteranı Yaroslav Qunkanı axtarışa verib. O, 2023-cü ilin sentyabrında Kanada parlamentində çıxışı beynəlxalq qalmaqala səbəb olduqdan və Kanada İcmalar Palatasının sədri Entoni Rotun istefasından sonra məşhurlaşıb. Əvvəllər veterana qarşı soyqırımı ilə bağlı cinayət işi açılıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Mediazona axtarış bazasında Qunkanın kartının görünməsinə diqqət çəkib. Həmişə olduğu kimi, istintaq materialında cinayət məcəlləsinin Rusiya polisinin veteranı hansı maddə ilə axtardığı göstərilmir. Kart yalnız doğulduğu yerə və ilkin vətəndaşlığına (Urman kəndi, indi Ukraynanın Ternopil vilayəti) əsaslanaraq, Qunkanın milliyyətini, polyak olduğunu göstərir.

Xatırladaq ki, Qunka sentyabrın 22-də Ukrayna prezidenti Vladimir Zelenskinin səfəri zamanı Kanada parlamentinə təqdim edilib. İcmalar Palatasının spikeri Entoni Rota yaşlı kanadalını İkinci Dünya Müharibəsinin ukraynalı qəhrəmanı adlandırıb.

“O vaxt Ukraynanın müstəqilliyi üçün rus təcavüzkarları ilə mübarizə aparmış və indi də hərbçiləri dəstəkləməyə davam edir”.

Maraqlıdır ki, spiker Qunkanı belə təqdim edib.

Rusların yazdığına görə, Kanada parlamentində çıxışından sonra məlum oldu ki, veteran Kanadanın da döyüşdüyü faşist Almaniyasının "SS" qoşunlarının 14-cü “Qalisiya” könüllü piyada diviziyasında xidmət edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə