Yeni baş nazir Rusiyaya qarşı sanksiyaları tənqid edib

Yeni baş nazir Rusiyaya qarşı sanksiyaları tənqid edib

Slovakiyanın yeni baş naziri Robert Fiko, Rusiyaya qarşı sanksiyaların ölkəsinə zərər vuracağı təqdirdə onlara qoşulmayacağını bildirib.

Onun sözlərinə görə, artıq tətbiq edilən məhdudiyyətlər slovaklara ziyan vurur.

SİA-nın əldə etdiyi məlumata görə, Fiko hakimiyyətə gəlməzdən əvvəl Bratislava Kiyevi fəal şəkildə dəstəkləyirdi - o, Ukrayna Silahlı Qüvvələrini silahla təmin edirdi və Avropa İttifaqının Moskva ilə bağlı bütün məhdudiyyətlərinə qoşulurdu.

Qeyd edək ki, Bratislava Ukraynaya döyüş təyyarələrinin təhvil verilməsinə ilk razılıq verənlərdən biri olub və S-300 hava hücumundan müdafiə sistemi verib.

Onu da qeyd edək ki, ölkənin ümumi hərbi yardımı 600 milyon avro həcmində qiymətləndirilir.

Yeri gəlmişkən, əgər Fiko hökuməti Ukraynaya silah verməkdən imtina edərsə, o zaman Slovakiya Macarıstandan sonra Vışeqrad dördlüyü ölkələri arasından Kiyevə hərbi yardıma qarşı çıxan ikinci ölkə olacaq.

Xatırladaq ki, qrupa Slovakiya və Macarıstanla yanaşı, Polşa və Çexiya da daxildir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə