Rusiyadan qayıdan 25 nəfər gənc birbaşa hərbi komissarlığa aparılıb
Rusiyadakı Saratov Dövlət Universitetini bitirib oktyabrın 5-də Türkmənistanın Balkan bölgəsinə, evə qayıdan 25 nəfər türkməni elə hava limanındaykən orduya göndəriblər.
SİA-nın əldə etdiyi məlumata görə, hava limanında Türkmənistanın hərbi qeydiyyat və qəbul şöbəsinin əməkdaşları, Milli Təhlükəsizlik Nazirliyi və polis evə qayıdanlarla cinayətkarlar kimi rəftar ediblər.
Bəzi valideynlərin dediyinə görə, yerli hakimiyyət onların oğullarının iyun ayında təhsillərini bitirdikdən dərhal sonra Türkmənistana qayıtmamaqda günahlandırıb.
Verilən məlumatlara görə, vətənə qayıdan gənclərin əksəriyyətinin ailələri ilə ünsiyyət qurmasına belə icazə verilməyib.
Bu hüququ yalnız iki nəfər alıb. Sonradan həmin iki nəfərə göstərilən bu münasibətin səbəbi onların qohumlarının milli təhlükəsizlik Nazirliyinin yerli şöbəsində işləmələri olub.
Qeyd edək ki, Türkmənistanda hərbi xidmət məcburi sayılır. Orduya çağırış, prezidentin sərəncamına uyğun olaraq ildə iki dəfə həyata keçirilir. Sentyabrın 16-da, Türkmənistan Prezidenti Serdar Berdimuhamedov 18-27 yaş arası kişilərin çağırışdan azad olmadığı və ya çağırışdan təxirə salınma hüququ olan kişilərin 2023-cü ilin oktyabr-dekabr aylarında çağırışa məruz qaldığına görə fərman imzalamışdı.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB