Bəzi Çin qəzetləri Rusiya lideri Vladimir Putinin Çin rəhbəri Si Cinpin ilə görüşə tam təkbaşına, yəni təhlükəsizlik olmadan və hətta tərcüməçisiz getdiyini yazırlar.
Əslində onlar bunu yazmaqla Putinin artıq Federal Təhlükəsizlik Xidmətinin agentlərinə və hətta öz mühafizəçilərinə belə etibar etmədiklərini demək istəyirlər.
SİA-nın əldə etdiyi məlumata görə, bunu rusiyalı müxalifətçi jurnalist, teleaparıcı və videobloqer Qleb Pyanıx “News Factory” YouTube kanalına müsahibəsində bildirib.
Pyanıxa görə, çinlilər bu barədə yazmaqla Putini bir az “yandırırlar”, çünki Federal Təhlükəsizlik Xidmətinin zabitlərinin ikinci eşalonu gərginləşib “bu nədir?” deyib düşünə bilərlər.
Yenə də Pyanıxa görə, Rusiya lideri Çin həmkarı ilə görüşə tək, yəni tərcüməsiz getməkdə bir məqsəd güdə bilər: Çindən onu düşdüyü vəziyyətdən çıxarmağı xahiş etmək.
Maraqlıdır ki, Putinin həmişə özünü sərt, şöhrətpərəst adam kimi göstərməsinə rəğmən, indi onun Çin liderini əsl boss və usta kimi qəbul etməsi artıq elə də təəccüblü görünmür.
...Çox güman ki, Putin kənarda onu bu müharibədən çıxarmaq xahişləri ilə Si Cinpinə müraciət edə bilər. Amma bu, Çin lideri üçün elə də sərfəli deyil, niyə?..
Çünki Rusiyanın iqtisadi cəhətdən Çinin qucağına düşməsi ona sərf edir. İqtisadi çətinlikləri nəzərə alsaq, bu gün Rusiyada bütün avtomobillər artıq Çin istehsalı olan avtomobillərdir.
Yeri gəlmişkən, Pyanıxa görə, bu gün Rusiya Federasiyasına gəlib sonradan geri qayıdan çinlilər “...ora çox gözəldir, orada getdikcə daha çox Çin avtomobillərini sürürlər” deyə sevinclə bildirirlər.
...Əslində bu Çini təbəssüm etdirir; yəni tələsməyə elə də ehtiyac yoxdur. Müharibəni mümkün qədər tez bitirməli olan ukraynalılar üçün bu nə qədər kədərli olsa da, Çinin buna ehtiyacı yoxdur. Çünki bunun davam etməsi onun üçün faydalıdır.
Bunu da Pyanıx bəyan edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB