Türkiyə ordusu İraqın şimalında terrorçulara qarşı əməliyyat keçirib
Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında PKK terrorçulara məxsus obyektləri vurub. SİA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Hava əməliyyatı yerli vaxtla saat 21:00-da həyata keçirilib. İraqın şimalında Metina, Qara, Avaşin, Hakurk və Qəndil bölgələrində terrorçulara zərbələr endirilib. 19 hədəf məhv edilib. Həyata keçirilən əməliyyat zamanı çoxlu sayda terrorçu zərərsizləşdirilib”, - məlumatda deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB