ABŞ-da atışmada ölənlərin sayı 22 nəfərə çatıb - 60 şəxs yaralanıb
ABŞ-ın Men ştatının Lyuiston şəhərində qeydə alınan atışma nəticəsində ölənlərin sayı artıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, AR-15 yarımavtomat tüfənglə silahlanmış 40 yaşlı Robert Kard restoran, mağaza və əyləncə mərkəzində insanlara atəş açıb.
Nəticədə 22 nəfər ölüb, 60 şəxs isə yaralanıb.
Hazırda şəhər xəstəxanasında insan axını müşahidə edilir. Polis şübhəli şəxsin axtarışlarını davam etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB