Ukrayna Silahlı Qüvvələrinin pilotları ABŞ-nin Arizona ştatındakı hava qüvvələri bazasında F-16 qırıcılarını idarə etmək üçün təlimlərə başlayıblar. SİA xəbər verir ki, bu barədə “Air & Space Forces Magazine” ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndəsinə istinadən məlumat yayıb.
Təlim proqramında iştirak edənlərin dəqiq sayı məlum deyil, sadəcə olaraq az sayda olduğu və bir neçə ay davam edəcəyi bildirilir.
Təlim Arizona Hava Milli Qvardiyasının 162-ci qanadından olan qırıcı təyyarələrdə keçiriləcək. Bu, ABŞ-də xarici pilotlar yetişdirə bilən yeganə bölmədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB