Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatından hələ ki, Kreml heç nə bilmir, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “İnterfaks”a bildirib. O əlavə edib ki, Moskva Paşinyanın bunu deyib-demədiyini təsdiq edə bilməz.
Biz hələ bilmirik ki, o, bu sözləri deyib, deyibsə, harada və hansı kontekstdə deyib. Bizdə belə məlumat yoxdur”, - Peskov bildirib.
Paşinyan daha əvvəl bəyan etmişdi ki, Rusiya hərbi bazalarının Ermənistan ərazisində olmasının heç bir üstünlüyü yoxdur. O qeyd edib ki, İrəvan yeni tərəfdaşlar axtarır, çünki Moskva “müttəfiqlik öhdəliklərini yerinə yetirə bilməyib”. Paşinyan vurğulayıb ki, Qarabağda baş verən son hadisələr İrəvanı təhlükəsizlik əlaqələrinin şaxələndirilməsi zərurəti ilə bağlı qərara gətirib.
SİA rus saytlarına istinadən xəbər verir ki, rusiyalı deputat Oleq Morozov hesab edir ki, Ermənistanın baş naziri bununla Rusiya sülhməramlılarını Qarabağda tərk etməklə öz siyasi əhəmiyyətsizliyinə haqq qazandırmağa çalışır. O xatırladıb ki, Rusiya hərbçilərinin bölgədə olması həmişə qarşılıqlı razılaşmanın məhsulu olub.
Xatırladaq ki, ötən gün Ermənistan Xarici İşlər Nazirliyi Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkini çağıraraq ona etiraz notası təqdim edib. İrəvan bəyan edib ki, Birinci Kanalda televiziya proqramı zamanı respublikanın hakimiyyət orqanlarına qarşı təhqiramiz və qəbuledilməz bəyanatlar səsləndirilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB