Dmitri Medvedev Çexiyanın xarici işlər naziri Yan Lipavskinin Krımın Ukraynaya qaytarılması ilə bağlı sözlərinə cavab olaraq çexlərə Sudet ərazisini Almaniyaya qaytarmağı təklif edib.
SİA-nın əldə etdiyi məlumata görə, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini “X” sosial şəbəkəsində (keçmiş Twitter) müvafiq yazı dərc edib.
Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev Çexiyanın xarici işlər naziri Yan Lipavskinin Krım Platforması sammitində səsləndirdiyi sözləri şərh edib.
Qeyd edək ki, çex diplomatı bildirib ki, Avropa İttifaqının dəstəyi Krımın Kiyevə qaytarılmasına kömək etməlidir.
Buna cavab olaraq bu sammiti “şeytanın Bandera şənbəsi” adlandıran Dmitri Medvedev də, rusların yazdığına görə, eyni dərəcədə maraqlı təkliflə çıxış edərək, Çexiyanı Sudet ərazisini almanlara qaytarmağa çağırıb.
Xatırladaq ki, bir müddət əvvəl Çexiyanın xarici işlər naziri Yan Lipavski Krım Platformasının sammiti zamanı, Avropa İttifaqının siyasəti Kiyevə 1991-ci il sərhədləri daxilində ərazi bütövlüyünün bərpasına, o cümlədən Krım yarımadasının qaytarılmasına kömək etməyə yönəlməli olduğunu bildirmişdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB