Putin Qərbin yeni dünya nizamı ideyalarından danışıb

Putin Qərbin yeni dünya nizamı ideyalarından danışıb

Bu arada Qərbdə səslənən yeni dünya düzəni ideyalarını şərh edən Rusiya prezidenti Vladimir Putin, onların mahiyyətinin ikiüzlülük, ikili standartlar və eksklüzivlik iddialardan ibarət olduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Rusiya liderinin sözlərini RİA Novosti sitat gətirir.

Putinin dediyinə görə, onlar mahiyyəti əslində eyni olan bir növ yeni dünya nizamından danışılır: ikiüzlülük, ikili standartlar, eksklüzivlik iddiaları, qlobal hökmranlıq, mahiyyətcə neokolonial sistemin qorunub saxlanması.

Qeyd edək ki, dövlət rəhbəri bunu Rusiya dini birliklərinin nümayəndələri ilə görüşündə deyib.

...Yeri gəlmişkən bir müddət bundan əvvəl Almaniya Sol Partiyasının rəhbəri Martin Şirdevan Rusiyanı Münhen Təhlükəsizlik Konfransına dəvət etməmək qərarından məyus olduğunu bildirmişdi. O, əmindir ki, Ukrayna ilə bağlı Rusiya ilə danışıqlardan yayınmaq mümkün olmayacaq və istənilən həlli yalnız dialoq yolu ilə əldə etmək mümkün olacaq.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə