Rusiya hərbi bazalarının Ermənistan ərazisində uzun müddət mövcudluğunun artıq heç bir üstünlüyü yoxdur.
SİA-nın əldə etdiyi məlumata görə, “The Wall Street Journal” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, Ermənistan yeni tərəfdaşlar axtarır, çünki Rusiya Federasiyası müttəfiqlik öhdəliklərini yerinə yetirə bilmədi.
“Qarabağ ətrafında baş verənlər, əslində, bizi belə bir qərara gətirib çıxardı ki, bizə təhlükəsizliklə bağlı əlaqələrimizi şaxələndirmək lazımdır və biz bunu indi etməyə çalışırıq”.
Qeyd edtdiyimiz kimi bunu Ermənistan hökumətinin başçısı bildirib.
Nikol Paşinyan bir daha, Rusiya hərbçilərinin Ermənistan ərazisində uzun müddət mövcudluğunun faktiki olaraq artıq heç bir üstünlüyü olmadığını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB