Norveç kralı V Harald səhhəti ilə əlaqədar səlahiyyətlərinin icrasını dayandırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə kral sarayının yaydığı press-relizdə bildirilib.
“Əlahəzrət Kral sağalmaqdadır, lakin həftənin sonuna qədər xəstəlik məzuniyyətində qalacaq”, – məlumatda deyilir.
Parlament nümayəndələrinin sarayda qəbulu planlaşdırıldığı kimi sabah baş tutacaq. Norveç vəliəhdi Hokon kralın yerinə ev sahibi olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB