"Rusiya müqəddəs torpaqlarda baş verənləri ürək ağrısı ilə izləyir"

"Rusiya müqəddəs torpaqlarda baş verənləri ürək ağrısı ilə izləyir"

Rusiya prezidenti Vladimir Putin Rusiyanın əsas dini konfessiyalarının nümayəndələri ilə görüşündə ölkəsinin Fələstin və İsrail arasında hərbi münaqişənin gedişatını narahatlıqla izlədiyini bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, dövlət başçısı qeyd edib ki, ilk növbədə görüş iştirakçıları ilə Yaxın Şərqdə baş verən hadisələrlə bağlı danışmaq istəyir.

“Biz hamımız təşvişlə və ürəyimizdə ağrı ilə xristianlar, müsəlmanlar, yəhudilər - dünyanın ən böyük ənənəvi dinlərinin ardıcılları üçün müqəddəs əhəmiyyət kəsb edən Müqəddəs Torpaqdakı faciəvi vəziyyəti izləyirik”.

Rusiyalı prezident qeyd edib ki, uzunmüddətli qarşıdurmanın yeni mərhələsi minlərlə insanın həyatına son qoyub.

Putin, Rusiyanın beynəlxalq terrorizmin nə olduğunu yaxşı bildiyini xatırladıb. O əlavə edib ki, ölkə ona qarşı mübarizə illərində itkilərin acısını daim hiss edəcək.

Rusiya lideri, bundan əlavə, oktyabrın 7-də Fələstinin Həmas hərəkatının hücumunda həlak olan israillilərin və digər ölkə vətəndaşlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə