Qazaxıstanda NATO-nun sülhməramlı əməliyyatlar mərkəzi açılıb?

Qazaxıstanda NATO-nun sülhməramlı əməliyyatlar mərkəzi açılıb?

Bu arada Rusiya hakimiyyəti Şimali Atlantika Alyansının Qazaxıstandakı sülhməramlı əməliyyatlar mərkəzi haqqında daha ətraflı məlumat toplamaq istəyir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Moskva Astanadakı mənbələrdən məlumat alacağını gözləyir.

Xatırladaq ki, Qazaxıstanda NATO-nun sülhməramlı əməliyyatlar mərkəzinin fəaliyyətə başlaması bir gün əvvəl, oktyabrın 24-də məlum olub.

Belə ki, açılış mərasimində Amerikanın Respublikadakı səfiri Daniel Roseblum iştirak edib.

Qeyd edək ki, Mərkəzdə Qazaxıstan hərbçiləri blok standartları üzrə təlim keçəcəklər.

Maraqlıdır ki, Qazaxıstan Müdafiə Nazirliyi mərkəzlə bağlı xəbəri təkzib edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə