Rusiya prezidenti Vladimir Putin 2024-cü ildə Rusiya ordusunu müqaviləli əsgərlərlə təchiz etməyi əmr edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev məlumat verib.
“Ali Baş Komandan 2024-cü ildə silahlı qüvvələrin müqaviləli hərbçilərlə təchiz edilməsi üzrə işi davam etdirmək qərarına gəlib”.
Medvedev bunu ixtisaslaşdırılmış iclasda deyib.
O qeyd edib ki, rusların yüksək vətənpərvərlik ruhu və vətənlərini müdafiə etmək istəyi onlara müqaviləli hərbi qulluqçuların fəal şəkildə cəlb olunmasını davam etdirməyə imkan verir.
Təhlükəsizlik Şurası sədrinin müavini bu işin əlaqələndirilməsinin ona həvalə edildiyini bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB