ABŞ-ın BMT-dəki missiyası Rusiya tərəfinin tələblərindən sonra BMT-nin Yaxın Şərqdəki vəziyyətlə bağlı qətnamə sənədində dəyişiklik edib.
SİA-nın əldə etdiyi məlumata görə, İran və onun regiondakı terror təşkilatları ilə bağlı olduğu iddia edilən istinadları aradan qaldırılıb. Bu barədə “Fox News” sənədin surətinə istinadən məlumat yayıb.
... ABŞ-ın qətnaməsinin orijinal variantında İranı terrorçu qruplara sponsorluq etməyi dayandırmağa çağırış var. Bununla belə, sənədin son variantı daha mücərrəd şərhə malikdir və BMT standartları əsasında HƏMAS da daxil olmaqla terrorizmin maliyyələşdirilməsini dayandırmağa çağırır.
ABŞ-ın BMT-dəki missiyasının adı açıqlanmayan üzvü “ABŞ-ın təklif etdiyi qətnaməyə gəldikdə, Rusiyanın BMT-dəki missiyası sənəddən İraqa istinadların çıxarılmasında israr edib” deyə bildirib.
Qeyd edək ki, bundan əvvəl “Bloomberg” jurnalisti öz mənbələrinə istinadən İsrail və ABŞ-ın Qəzza zolağı ilə münaqişə bitdikdən sonra gələcək planlarından danışıb.
O, iddia edib ki, ölkələr BMT və ərəb ölkələrinin dəstəyi ilə Qəzza zolağında müvəqqəti hökumət yaratmağa ümid edirlər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB