Si Cinpinq Baydenə məktub yazaraq əməkdaşlığa çağırıb..?

Si Cinpinq Baydenə məktub yazaraq əməkdaşlığa çağırıb..?

Çin prezidenti Si Sinpinq Çinin “qlobal çağırışlara birgə cavab vermək” üçün ABŞ ilə əməkdaşlığa hazır olduğunu açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, “Reuters”, Sinin ABŞ prezidenti Cozef Baydenə məktubundan sitat gətirir.

Deyilənlərə görə, məktubda hər iki ölkə arasında dünya üçün əsas əhəmiyyət kəsb edəcək qarşılıqlı anlaşmanın düzgün yolundan bəhs edilir.

Sinin qarşılıqlı hörmət prinsipləri üzərində qurulmalı olan daha sabit ikitərəfli münasibətlərə çağırışı, dinc yanaşı yaşama və qarşılıqlı faydalı iş, Çin Xarici İşlər Nazirinin həftənin sonunda ABŞ-a planlaşdırılan səfəri zamanı səsləndirilib.

Qeyd edək ki, Baydenin Noyabrda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində San-Fransiskoda Si Sinpinq ilə görüşəcəyi gözlənilir.

Xarici mənbələrin yazdığına görə, ən yüksək səviyyələrdə bu görüşlər silsiləsi dünyanın iki ən böyük iqtisadiyyatı Vaşinqton və Pekin arasında fikir ayrılığına səbəb olan məsələləri müzakirə etmək üçün yol açmalıdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə