Rusiyada küçə rəssamı Filippenson axtarışa verilib

Təbii ki, ona qonaqlıq verməyəcək…
Rusiyada küçə rəssamı Filippenson axtarışa verilib

Rusiya Daxili İşlər Nazirliyi Volqoqraddan olan küçə rəssamı Filippenso (Filip Kozlov) barəsində axtarış elan edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, küçə rəssamı Cinayət Məcəlləsinin hansısa maddəsi ilə axtarışa verilib, amma maraqlıdır ki, hansı maddəsi göstərilmir. Əvvəllər Filippensoya qarşı siyasi nifrət motivli vandalizmə görə cinayət işi açılmışdı. Oktyabrın 13-də o, Rusiyanı tərk edərək Litvaya getdiyini bildirib.

Filippensoya qarşı iş Moskvada müharibə əleyhinə “İzrossilovanie” qraffitisinə görə başlanıb.

“...Bu ölkənin bu gün etdiklərini başqa sözlə təsvir etmək mümkün deyil” deyə o, teleqram kanalında yazıb.

2022-ci ilin yazında Kozlov tabutların təsviri olan “Sink bizimdir” yazısına görə inzibati məsuliyyətə cəlb edilmişdi. Sənətçi ordunu gözdən salma maddəsi ilə üç dəfə cərimələnib.

İyulun 29-da Filippenso Gürcüstandan Rusiyaya uçub, bundan sonra Moskvanın Domodedovo hava limanında saxlanılıb.
Polis iddia edib ki, o, onlara pasport verməkdən imtina edib. Daha sonra məhkəmə Kozlovu polisə tabe olmamaqda təqsirli bilib, 15 sutka həbs edib.

Avqustun 11-də məhkəmə yenidən sənətçini eyni maddə ilə 15 sutka həbs edib.

İndi isə təzədən axtarır, təbii ki, ona qonaqlıq verməyəcək…

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə