Ermənistan hökuməti Qarabağdan olan qaçqınlara ölkə vətəndaşlığını almaq imkanı yaradacaq.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, baş nazir Nikol Paşinyan bunun üçün şərtləri açıqlayıb.
O, İrəvanın Qarabağdan “məcburi” köçkün düşmüş şəxslərə müvəqqəti müdafiə statusu verəcəyinə aydınlıq gətirib.
Onun sözlərinə görə, hökumətin qərar layihəsi oktyabrın 26-da keçiriləcək iclasın gündəliyinə daxil edilib. Bu, qaçqınlara öz hüquqlarını qorumağa imkan verəcək.
Bunu deyən Nikol Paşinyan əlavə edib ki, qərarın mahiyyəti Ermənistanın məcburi köçkün olan Qarabağ ermənilərinin qaçqın olması faktını təsdiq etməsidir.
Paşinyan qeyd edib ki, belə hallar həm yerli, həm də beynəlxalq səviyyədə onların hüquqlarının müdafiəsi imkanlarını genişləndirəcək. Bu qərar qəbul edildikdən sonra bölgədən olan məcburi köçkünlər Ermənistan vətəndaşlığı üçün müraciət edə biləcəklər.
Bunu da baş nazir vurğulayıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB