"HƏMAS terrorçu deyil, mücahidlərin azadlıq qrupudur..."

"HƏMAS terrorçu deyil, mücahidlərin azadlıq qrupudur..."

Türkiyə prezidenti Rəcəb Ərdoğan radikal Fələstin qruplaşması HƏMAS-ı terrorçu adlandıran ölkələri tənqid edib. Ərdoğanın sözlərinə görə, təşkilat öz torpaqlarını və vətəndaşlarını qorumaq üçün mübarizə aparan mücahidlərin azadlıq qrupudur.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə prezident Türkiyə parlamentində çıxışı zamanı bildirib.

Bundan başqa, Ərdoğan İsrailə səfərinin ləğv olunduğunu açıqlayıb. Prezident qeyd edib ki, Ankara nəhayət, İsraillə münasibətləri normallaşdırmaq niyyətindədir, lakin o, Türkiyə tərəfinin xoş niyyətindən sui-istifadə edib və qarşılıqlı addımlar atmayıb.

Eyni zamanda Ərdoğan vurğulayıb ki, Türkiyə İsraillə münaqişənin həllində Fələstin tərəfinin qarantı olmağa hazırdır.

Xatırladaq ki, ötən ilin sonunda İsrail və Türkiyə səfirlər səviyyəsində münasibətləri tam bərpa ediblər. Eyni zamanda Türkiyə Xarici İşlər Nazirliyi bəyan edib ki, Ankara fələstinlilərin hüquqlarını qorumağa davam edəcək.

Onu da xatırladaq ki, İsraillə Türkiyə arasında münasibətlər 2010-cu ildə - Türkiyədən Qəzza zolağına gedən gəminin İsrail xüsusi təyinatlıları tərəfindən ələ keçirilməsi hadisəsindən sonra kəskin şəkildə pisləşib.

2018-ci ilin mayında Ankara Qəzza zolağında İsrailin yaranmasının 70-ci ildönümü və ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi fonunda keçirilən etiraz aksiyalarından sonra İsrailin Türkiyədəki səfirini ölkəni tərk etməyə dəvət edib.

Yeri gəlmişkən o vaxt qarşıdurmalarda 60-a yaxın fələstinli həlak olmuşdu.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə