Meksikada “Otis” qasırğası Qerrero ştatının Akapulko şəhərinə düşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, güclü külək və yağışlara səbəb olan qasırğa ölkənin cənubuna da təsir edib. Küləyin sürətinin saatda 270 kilometrə çatacağı bildirilib. Səlahiyyətlilər sahil bölgəsində güclü dalğalar və daşqınlar barədə xəbərdarlıq ediblər.
Meksika prezidenti riskli ərazilərdə yaşayanları təcili yardım mərkəzlərinə getməyə və çay sahilləri kimi ərazilərdən uzaq durmağa çağırıb. Qasırğa səbəbi ilə Gerrero əyalətində məktəblərdə təhsil dayandırılıb, əsgərlər Akapulkoda sahil xəttinə baxış keçirib.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB