Sergey Şoyqu Avdeevkada “Vaqner” PMC-ni döyüşə atıb...

Sergey Şoyqu Avdeevkada “Vaqner” PMC-ni döyüşə atıb...

...Rus ordusu hələ ki, Avdeevkanı ala bilməyib. Verilən məlumatlara görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Vaqner” PMC-ni döyüşə atıb.

SİA-nın əldə etdiyi məlumata görə, üç həftə ərzində Avdeevkan müdafiəçiləri şəhərin şimalına basqın edən Rusiya Silahlı Qüvvələrinin 114-cü, 15-ci, 21-ci və 30-cu motoatıcı briqadalarının piyada və texnikasının əksəriyyətini məhv ediblər.

Xatırladaq ki, oktyabrın 1-də hücum başlayandan bəri ruslar 24 gün ərzində cəmi bir kilometr yarım irəliləyə biliblər və bu gecə koks zavodunun tullantı yığınına bayraq sancıblar. Yəni tullantı yığınını belə tutmayıblar, sadəcə olaraq rus bayrağını taxıb qaçıblar.

Əslində ruslar tullantıları zəbt edə bilməzlər, çünki o, ukraynalılar tərəfindən dəqiq hədəfə alınıb.

Qeyd edilməlidir ki, 114-cü briqadanın komandanlığı hücumun uğursuzluğunu ört-basdır etmək üçün hansısa piar uğuru göstərmək istəyir, çünki ruslar Ukrayna qoşunlarının müdafiəsini yarıb Stepnoe-Berdiçə çata bilməyiblər.

Yenə də deyilənlərə görə, Rusiya Silahlı Qüvvələrinin 1-ci Korpusunun ehtiyat hissələri ağır itki veriblər.

Məhz elə buna görə də, Rusiya komandanlığı bu gün “Vaqner” PMC bölmələrini Avdeevkaya göndərir.

Maraqlıdır ki, rus komandanlığının “Vaqner” PMC-ni Avdeevkaya göndərməsini, bəziləri rus ordusundakı döyüşə yararlı əsgərlərin məhdudiyyəti ilə əlaqələndirir.

Artıq Ukraynanın 110-cu Mexanikləşdirilmiş Briqadasının mövqelərinə hücum edən “vaqnerçi”lərin birinci dəstəsinin tamamilə məhv edildiyi bildirilir.

Bəzi rus saytlarının etirafına görə, Şoyqu və Gerasimov nizami ordunun Avdeyevkanı niyə almadığına bəhanə tapmaq üçün, hücumun uğursuzluğuna görə məsuliyyəti Müdafiə Nazirliyinin qoşunlarına deyil, öl(dürül)müş Priqojinin strukturuna həvalə edir.

Yeri gəlmişkən, Rusiya Federasiyasının rəhbərliyi üçün Avdeevka uğrunda döyüş təkcə strateji hərbi əməliyyata deyil, həm də siyasi intriqaya, Rusiya Müdafiə Nazirliyi üçün prestij məsələsinə çevrilməkdədir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə