Mərkəzi Amerikanın iki ölkəsi Kosta-Rika və Honduras bir-birlərinə tətbiq etdikləri qarşılıqlı viza tələbini ləğv etdiklərini açıqlayıblar. SİA xarici mətbuata istinadən xəbər verir ki, Kosta-Rika prezidenti Rodriqo Çaves mətbuata verdiyi açıqlamada regional ticarətə təsir edən ikitərəfli mübahisəyə son verdiklərini ifadə edib.
Honduras və Kosta-Rikalıların qardaş xalqlar olduğunu bildirən Çaves böyük bir razılaşmanın alındığını və hər iki ölkə xalqını sevindirəcək bir qərar qəbul etdiklərini bildirib. Tərəflər arasındakı razılaşma çərçivəsində Honduraslılar və Kosta-Rikalılar səyahət zamanı yalnız cinayət qeydi sənədlərini təqdim edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB