Braziliya XİN HƏMAS-ı girovları azad etməyə çağırıb

Braziliya XİN HƏMAS-ı girovları azad etməyə çağırıb

HƏMAS bütün girovları azad etsə, İsrail ordusu Fələstin ərazilərindən çıxsa və Qəzza zolağına humanitar yardımın çatdırılmasına mane olmasa, Yaxın Şərqdə sülhə nail olmaq mümkündür. SİA xəbər verir ki, bunu Braziliyanın xarici işlər naziri Mauro Vieyra BMT Təhlükəsizlik Şurasında Yaxın Şərqdəki vəziyyətlə bağlı açıq müzakirələrdə çıxışı zamanı deyib.

“HƏMAS qaçırılan israilli uşaqları azad etməli və İsrail bombardmanlarını dayandırmalıdır ki, fələstinli uşaqlar və onların anaları Misirlə sərhəddən keçərək Qəzza zolağından çıxa bilsinlər. Müharibənin dəhşətləri arasında insanlıq yaddan çıxmamalıdır”, - söyləyən M.Vieyra deyib: “Mən bütün mülki girovların, xüsusən də qadın və uşaqların dərhal və qeyd-şərtsiz təhlükəsiz azad edilməsinə çağırış edirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə