İsrail ordusu Qəzza bölgəsində HƏMAS-ın istifadə etdiyi tuneli məhv edib

İsrail ordusu Qəzza bölgəsində HƏMAS-ın istifadə etdiyi tuneli məhv edib

Qəzza bölgəsində HƏMAS silahlılarının İsrailə daxil olmaq üçün istifadə etdiyi tunel məhv edilib. SİA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“İsrail ordusunun qırıcıları və Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti Qəzza zolağında terrorçuların istifadə etdiyi tunelə və silah anbarına zərbələr endiriblər", - bəyanatda deyilir.

Qeyd olunub ki, hazırda silahlıların İsrail ərazisinə daxil olma riski yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə