Bu dəfə Roqozindən Putinə təklif...

Beləsinə nə deyəsən..?
Bu dəfə Roqozindən Putinə təklif...

Deməli “Roskosmos”un keçmiş baş direktoru Dmitri Roqozin Rusiya prezidenti Vladimir Putinə kosmosa uçuşlar üçün istifadə olunan daşıyıcı raketlə Ukraynanın böyük şəhərini vurmağı təklif edib.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə “Proqres” Raket-Kosmik Mərkəzinin baş direktoru Dmitri Baranovla telefon danışığında bildirib.

Qeyd edək ki, zəngin səs yazısını Almaniyanın BILD qəzeti əldə edib, lakin söhbətin həqiqiliyi hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Deyilənlərə görə, Roqozin və Baranov 2023-cü il yanvarın əvvəlindən kosmik raketdən istifadə imkanlarını müzakirə ediblər. Rəsmilər, raketlərin Plesetskdəki hərbi kosmodromdan buraxmağın daha yaxşı ola biləcəyi qənaətinə gəliblər.

Baranov buraxılışla bağlı mümkün problemlərdən də danışıb. Onun sözlərinə görə, səsdən sürətli reentry sayəsində mövcud ağır yüksək partlayıcı bombalar və ya idarə olunan döyüş başlıqları saniyədə altı kilometr sürətlə qızacaq.

Roqozin buna cavab olaraq dizayner Yuri Solomonovla məsləhətləşməyə söz verib. Rəsmilər raketin Rusiya ərazisinə düşmə riskini və düşmə zamanı səhvi də müzakirə ediblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə