Qaz kəmərini zədələyənlər məlum olub..?

"Balticconnector" qaz kəmərinin yaxınlığında Çindən gələn gəminin qırıq lövbəri tapılıb
Qaz kəmərini zədələyənlər məlum olub..?

Finlandiya polisi Baltik dənizinin dibindən sınıq hissəsi olan iki metrlik lövbəri çıxarıb.

Xatırladaq ki, oktyabrın 8-də Finlandiya və Estoniya arasında lövbərin “Balticconnector” qaz kəmərini zədələdiyi iddia edilirdi.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Finlandiya mətbuatı da xəbər yaymışdı.

Müstəntiqlərin ilkin məlumatlarına görə, qaz kəmərinə zərər dəyən zaman Rusiyanın “Sevmorput” nüvə yüklü konteyner gəmisi və Honq-Konq bayrağı altında üzən Çinin gəmiçilik şirkəti məxsus “New New Polar Bear” gəmisi qaz kəməri ərazisindən keçib.

“Yle” agentliyinin məlumatına görə, polis “Balticconnector”da baş verən qəzanın səbəbinin Çindən gələn gəmi olduğuna inanmağa meyllidir və ehtimal ki, gəminin sol ön lövbəri çatışmır.

Müstəntiqlər qaz kəmərinin zədələnməsinin kapitanın səhvi, yoxsa qəsdən törədilməsi olub-olmadığını araşdırır.

Şimal dəniz yolu ilə bağlı şübhələr artıq araşdırmanın əsas xətti hesab edilmir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə