Mariya Zaxarovadan almanlara məsləhət...

Mariya Zaxarovadan almanlara məsləhət...

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Almaniyanın “Spiegel” jurnalının hazırda Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəsi vəzifəsində çalışan Kirill Loginovun Rusiya kəşfiyyat xidmətlərinin “agenti” olduğunu iddia edən nəşrinə cavab verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, material müəllifləri Belçika Dövlət Təhlükəsizlik Xidmətinin və Avropa mediasının birgə araşdırmasına istinad edərək, öz bəyanatlarını əsaslandırıblar.

Buna cavab olaraq Mariya Zaxarova nəşrə alman kəşfiyyat agentlərinin siyahısını dərc etməyi tövsiyə edib.

“Mən “Spiegel”ə işə başlamağı tövsiyə edirəm: bütün dünyada Alman kəşfiyyatçılarının siyahısını dərc edin. Bunu necə etmək olar? Almaniya hökumətinə müraciət edin və özünüz araşdırma aparın”.

Zaxarova bunu TASS-a bildirib.

Bununla yanaşı, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, əgər rusiyalı diplomatlar Qərb ölkələrinin mətbuatında “təqiblərə” məruz qalarsa, bu halda “Qərb diplomatları” bunun necə olduğunu özləri də yaşamalı olacaqlar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə