Çərşənbə axşamı, 24 oktyabr 2023-cü ildə Rusiya işğalçı qüvvələri Xarkov vilayətinə zərbələr endirib.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, Kupyanski rayonu düşmən tərəfindən atəşə tutulub və iki nəfər həlak olub.
Xarkov vilayəti polisinin məlumatına görə, ruslar Podoli kəndini atəşə tutub. Bu, saat 16:40 radələrində baş verib. "Raket hücumu nəticəsində şəxsi ev və avtomobillərə ziyan dəyib. 50 və 57 yaşlı iki mülki şəxs həlak olub", - deyə polis bildirib.
Ukrayna saytlarının yazdığına görə, oktyabrın 22-də səhər saat 7.00 radələrində düşmən Kupyanskda yaşayış binalarını atəşə tutub, nəticədə 3 yerli sakin yaralanıb. Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubovun sözlərinə görə, 15 yaşlı qız və 63 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, 17 yaşlı oğlanın vəziyyəti isə orta ağırdır.
...Oktyabrın 21-də saat 22:20 radələrində Xarkov vilayətinin Pesoçinski ərazi icmasının Korotiç kəndi ərazisində düşmənin atəşə tutulması nəticəsində “Nova Poşta”nın terminalı yanıb. Terminal ərazisində 22 nəfər olub, onlardan 6 nəfər ölüb, 16 nəfər yaralanıb. Ölənlər arasında 19-43 yaş arası kişilər də var.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB