Bu arada Rrezident administrasiyası təbliğatçılardan Ukraynaya qarşı müharibədən qayıdanların törətdikləri cinayətlər barədə danışmamağı xahiş edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Meduza hakimiyyətə yaxın iki nəşrin əməkdaşına istinadən yazır.
Beləliklə, nəşrin həmsöhbətlərinin sözlərinə görə, əvvəllər belə tövsiyələr olmayıb, ona görə də bəzi iqtidaryönlü KİV-lər belə belə xəbərlər dərc ediblər. Çünki kriminalogiya ilə bağlı yazılar həmişə oxucularda maraq doğurur.
Amma belə görünür ki, Rusiyada müharibədən qayıdanların törətdikləri cinayətlər artıq əndazədən çıxıb.
Məsələ bundadır ki, bəzi vətənpərvər jurnalistlər, məsələn, “Komsomolskaya Pravda” və “Moskovski komsomolets” belə nəşrlərin yersizliyini hələ Kremlin tövsiyələrindən əvvəl də etiraf ediblər.
...Rusiyanın Ukraynaya davam edən işğalı fonunda mütəmadi olaraq geri qayıdan döyüşçülər tərəfindən törədilən cinayətlər barədə xəbərlər gəlməkdədir.
Bir çox hallarda bunlar koloniyalardan döyüşlərə göndərilən məhbuslardır və onlar “Vaqner” PMC tərəfindən öz sıralarına cəlb olunurlar.
Xatırladaq ki, koloniyalardan döyüşlərə göndərilmə 2022-ci ilin yayından həyata keçirilir. Məhkumlara altı aylıq xidmətdən sonra “prezidentin gizli fərmanları” ilə əfv söz verilirdi.
2023-cü il iyunun 13-də Vladimir Putin cəbhədən qayıdan keçmiş məhbusların onun fərmanları əsasında əfv olunduğunu təsdiqləyib.
Və bu da axırı..?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB