İsrailin BMT-dəki səfiri baş katibin istefasını tələb edir

İsrailin BMT-dəki səfiri baş katibin istefasını tələb edir

İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan Təşkilatın baş katibi Antonio Quterreşin HƏMAS-ın ölkəsinə hücumu ilə bağlı bəyanatından hiddətlənərək, məmurun istefasını tələb edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Gilad Erdan Twitter (X) sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, İsrail səfiri və BMT-nin baş katibi Təşkilatın Təhlükəsizlik Şurasının Yaxın Şərqdə vəziyyətin gərginləşməsinə həsr olunmuş iclasında iştirak ediblər.

Xatırladaq ki, Quterreş çıxışında "Fələstin xalqının 56 il ərzində boğucu işğala məruz qaldığı" üçün "HƏMAS-ın hücumlarının boşluqda baş vermədiyini" və bunun şiddət, köçkünlük və iqtisadi tənəzzül səviyyəsinin artmasına səbəb olduğunu bildirib.

İsrailin daimi nümayəndəsi BMT baş katibinin “şübhəsiz, inandırıcı şəkildə sübuta yetirən” “şokedici” çıxışını tənqid edib. O Baş katibin bölgədəki reallıqdan tamamilə uzaq olduğunu və nasist HƏMAS terrorçularının törətdiyi kütləvi qətli təhrif olunmuş və əxlaqsız şəkildə nəzərdən keçirdiyini deyib.

“Uşaqların, qadınların və qocaların kütləvi şəkildə öldürülməsi kampaniyasına rəğbət bəsləyən BMT-nin Baş katibi BMT-yə rəhbərlik etməyə layiq deyil. Mən onu dərhal istefaya çağırıram”, - deyə Erdan əlavə edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə