İsrail fələstinlilərin “Nuseyrat” qaçqın düşərgəsini bombalayır

İsrail fələstinlilərin “Nuseyrat” qaçqın düşərgəsini bombalayır

İsrail Müdafiə Qüvvələri Qəzza zolağına yeni kütləvi hücumlar həyata keçirir. Şahidlərin sözlərinə görə, atəş getdikcə daha sərtləşdirib.

SİA-nın əldə etdiyi məlumata görə, “Nuseyrat” fələstinli qaçqın düşərgəsi İsrail ordusunun güclü atəşinə məruz qalıb. Qeyd edək ki, orada bir neçə min fələstinli var, əksəriyyəti də qadın və uşaqlardır.

Onlar Qəzza zolağının şimalından oraya təxliyə olunublar. İlkin məlumatlara görə, 20-dən çox adam ölüb, qurbanların dəqiq sayını dağıntılar təmizləndikdən sonra Fələstin Səhiyyə Nazirliyi açıqlayacaq.

Rus saytlarının yazdığına görə, “İzvestiya”nın müxbiri Məhəmməd Belbessi hazırda regionda yeni faciənin baş verdiyi yerdədir.

Yeri gəlmişkən, Qəzza zolağı israr etməkdə davam edir ki, İsrailin raket zərbələri HƏMAS yaraqlılarını deyil, əsasən mülki şəxsləri öldürməkdədir, amma...

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, bütün bu müddət ərzində qurbanların ümumi sayı beş min nəfəri keçib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə