Ukraynada Rusiyaya qarşı döyüşən gürcü legionuna dəstək fondu yaradılıb

Ukraynada həlak olan gürcü əsgərləri Gürcüstanda böyük hərbi şərəflə dəfn edilirlər
Ukraynada Rusiyaya qarşı döyüşən gürcü legionuna dəstək fondu yaradılıb

Tbilisidə Ukraynada Rusiya Federasiyasına qarşı döyüşən gürcü legionuna dəstək fondu yaradılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Azadlıq” radiosunun Gürcüstan xidməti məlumat yayıb.

Beləliklə, onlayn platforma vasitəsilə ərizəçilər Gürcüstan legionuna ianə edə biləcəklər. Bu, gürcü döyüşçülərinin ehtiyaclarını ödəyəcək. Tədbirin təşkilatçılarının sözlərinə görə, bu barədə məlumat “georgianlegion.ge” saytında dərc olunacaq.

Bundan əlavə, platforma Gürcüstan legionu haqqında məlumat əldə etmək üçün əsas mənbəyə çevriləcək. Fondun təqdimatı zamanı gürcü legionunun komandiri Mamuka Mamulaşvili uzaqdan da olsa tədbirə qatılıb.

Xatırladaq ki, gürcü legionu 2014-cü ildən Donbassda Rusiyanın dəstəklədiyi qiyamdan sonra Ukraynada döyüşür. Legionun 1300-ə yaxın hərbi qulluqçusu var və Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinə tabedir.

Onu da xatırladaq ki, Ukraynada Rusiya təcavüzünə qarşı müharibə zamanı 50-dən çox gürcü döyüşçüsü həlak olub. Yeri gəlmişkən, Ukraynada həlak olan gürcü əsgərləri Gürcüstanda böyük hərbi şərəflə dəfn edilirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə